"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Mustafa Dənizli komandada yeni qaydalar müəyyənləşdirməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, bu gündən əməli fəaliyyətə başlayan türkiyəli mütəxəssisin ilk işi məşq zamanı futbolçuların paltardəyişmə prosesi ilə bağlı olub.
Belə ki, Dənizli futbolçuların məşqdən öncə və sonra paltarlarını ancaq paltardəyişmə otağında dəyişmələrini tələb edib.
Qeyd edək ki, bu gün səhər baş tutan ilk məşqdən sonra Dənizli yenidən Lənkəran şəhər stadionunu gəzib. O, klub rəsmisi Səməd Mustafayevə öz iradlarını bildirib.





