"Simurq"un baş məşqçisi Georgi Çixradze Ukraynaya yolda düşüb. Futbolinfo.az xəbər verir ki, gürcü mütəxəssis sabahdan etibarən Ukrayna Futbol Federasiyasının təşkil etdiyi "Pro" məşqçi kurslarında iştirak edəcək.
 
2009-cu ildə bu kateqoriyanı alan Çixradze lisenziyasının vaxtını artırmaq üçün seminarlara qatılacaq. Ölkə kubokunun 1/8 final mərhələsi çərçivəsində dekabrın 4-də "Araz"la oyuna isə "Simurq"u köməkçi məşqçi İqor Getman çıxaracaq.
 
Çixradzedən başqa "İnter"in baş məşqçisi Kaxaber Sxadadze "Pro" kateqoriyalı məşqçi lisenziyasının vaxtını artırmaq üçün Ukraynaya səfər edib. Lakin həmyerlisindən fərqli olaraq Kaxa ölkəni dünən tərk edib. Hər iki mütəxəssis  dekabrın 5-də Azərbaycana qayıdacaq.
Shares: