PSJ klubunun hücumçusu Zlatan İbrahimoviç komanda yoldaşı Edinson Kavani haqda fikir səsləndirib. Futbolinfo.az xəbər verir ki, isveçli forvard Paris təmsilçisinin Kavaninin olduğu matçlarda istənilən rəqibə qalib gəlmək iqtidarında olduğunu bildirib:
"Kavani mənim komandada işimi daha da asanlaşdırıb. Mən qol vura bilmədikdə o mənə köməklik göstərir. Artıq ötən mövsüm olduğu kimi qələbələri əldən vermirik. Kavani həmçinin müdafiəyə də kömək edir. Komandanın onun kimi hücumçuya ehtiyacı var idi. İnanıram ki, PSJ Kavani ilə istənilən rəqibə qalib gələr".





