Daim maraqlı və qalmaqallı açıqlamalarla gündəmə gələn türkiyəli baş məşqçi Yılmaz Vural növbəti dəfə diqqət mərkəzinə düşüb. Futbolinfo.az xəbər verir ki, o, ən böyük arzusunun Madrid “Real"ını çalışdırmaq olduğunu bildirib:
 
“Yuxumda “Real”ı çalışdırıram. Türkiyədə heç vaxt mövsümün əvvəlində klub çalışdırmamışam. Klublar mənə mövsümün əvvəlində təklif göndərmir. Hər şeyi itirəndən sonra məni çağırırlar. Həmişə belə iş tapıram".
 
Xatırladaq ki, bir müddət öncə Vuralın adı Azərbaycan millisi ilə hallanırdı.
Shares: