Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının son turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Rəvan” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Rəvan”ın futbolçusu Rəşad Abdullayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Simurq” – “Qarabağ” matçında “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Sumqayıt” – “Neftçi” matçında “Sumqayıt”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 90-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Samir Abbasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klub 4000 manat cərimə olunub.
“Xəzər Lənkəran” – AZAL matçında AZAL-ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 56-cı dəqiqəsində AZAL-ın futbolçusu Branislav Arseniyeviç idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 86-cı dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 2000 manat cərimə olunub.





