Futbol üzrə Azərbaycan millisinin və Rusiyanın "Rubin" klubunun futbolçusu Ruslan Abışov zədələnib. Futbolinfo.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – Rusiya görüşündə zədələnən futbolçunun ağrıları ciddi olub.
Həkimlərin ilkin rəyinə görə Abışov 2 həftə oynamayacaq. Bu isə onun "Rubin" klubunun bu gün "Volqa" ilə görüşdə olduğu kimi, gələn tur "Lokomotiv" və həftə içi Avropa Liqasında "Viqan"la oyunları buraxacağı anlamına gəlir.
Ruslan Abışov meydana 2 həftə sonra qayıdacaq.





