Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci Divizionun 12-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“Neftçala” – “Turan-T” matçının 87-ci dəqiqəsində “Turan-T” klubununi futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Ağsu” – “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 67-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Ramil İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Bakılı” – “Kəpəz” matçının 25-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Xəyal Zeynalov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
MOİK – “Karvan” matçının 86-cı dəqiqəsində MOİK-in futbolçusu Ramil Əliyevin idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyini, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi Ramil Əliyevə göstərilmiş sarı vərəqəni ləğv edib. Matçın 86-cı dəqiqəsində MOİK-in baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 100 manat cərimə olunub.
Shares: