Futbol üzrə Almaniya Kubokunda 3-cü mərhələnin oyunlarına start verilib. Futbolinfo.az xəbər verir ki, bir oyundan ibarət bu mərhələdə 16 klub mübarizə aparır.
 
Növbəti mərhələyə 8 vəsiqə uğrunda mübarizədə artıq 4 görüş baş tutub. "Hamburq" "Köln" səddini çətinliklə də olsa, keçə bilib. Səfərdə "Yunion Berlin"lə qarşılaşan "Kayserslautern" isə buna darmadağınla nail olub. "Saarbrukken"lə üz-üzə gələn Dortmund "Borussiya"sı da növbəti mərhələyə vəsiqə qazanıb. "Şalke" isə "Hoffenhaym"a uduzaraq mübarizəni dayandırmalı olub.
 
Almaniya Kuboku
3-cü mərhələ
3 dekabr
 
Hamburq – Köln – 2:1
Yunion Berlin – Kayserslautern – 0:3
Saarbrukken – Borussiya (Dortmund) – 0:2
Şalke – Hoffenhaym – 1:3
4 dekabr
 
22:00. Frayburq – Bayer
22:00. Volfsburq – İnqolştadt
23:30. Auqsburq – Bavariya
23:30. Ayntraxt – Sandhauzen
Shares: