Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 8 qarşılaşmanın hamısı bir gündə baş tutub.
 
Turun və günün ilk qarşılaşması Bayılda keçirilib. "Rəvan" doğma divarlar arasında "Qaradağ Lökbatan"la münasibətlərinə aydınlıq gətirib. "Aslanlar" rəqibini darmadağın edərək mərhələ adlayıblar. Qəbələnin eyni adlı komandası "Mil-Muğan"la qarşılaşıb. Yuri Syominin komandası əzmkar qələbə sayəsində mərhələ keçib. Son çempion "Neftçi" "Kəpəz"i qəbul edib. Nazim Süleymanovun yetirmələrini rəqibi minimal hesablı qələbə ilə yolundan kənarlaşdırıb. Paytaxtda keçirilən digər qarşılaşmada iki Premyer Liqa təmsilçisi – "Bakı" və "Sumqayıt" üz-üzə gəlib. "Zolaqlılar" çətin qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.
 
Növbəti oyun Naxçıvanda baş tutub. 1-ci Divizionun çempionluğa iddialı komandalarından olan "Araz Naxçıvan" Zaqatala təmsilçisi "Simurq"la görüşüb. Görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penalti seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan Naxçıvan təmsilçisi bu mərhələnin ən böyük sensasiyasına imza ataraq, elita klubunu kubokdan kənarlaşdırıb. "Şəfa" stadionunda "İnter" "Şuşa" ilə münasibətlərinə aydınlıq gətirib. Gözlənildiyi kimi, paytaxt klubu darmadağınla qalib gəlib. Günün mərkəzi oyunu Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. "Qarabağ" mərkəzi arenada digər bir elita təmsilçisi AZAL-la üz-üzə gəlib. Görüşün sonlarında hesabı açan Reynaldo Ağdam klubunu 1/4 finala daşıyıb. Bölgədə keçirilən digər oyunda "Xəzər Lənkəran" doğma azarkeşlər önündə "Neftçala"nı qəbul edib. Mustafa Dənizlinin debüt matçı uğurlu alınıb.
 
Azərbaycan Kuboku
1/8 final
4 dekabr (çərşənbə)
 
Qaradağ Lökbatan – Rəvan – 2:5 (1:3)
Qollar: İvan Pexa, 21 (0:1), Rüfət Məmmədov, 24 (1:1), Vüsal Qarayev, 29 (1:2), Elnur Abdulov, 42-pen. (1:3), Anar Həsənov, 59-pen (2:3), Rəşad Abdullayev, 64 (2:4), Vüsal Qarayev, 90+3 (2:5).
Qırmızı vərəqə: Elçin Cəfərov, 42 (1:3).
Bakı.  “Bayıl Arena”.
 
Bakı – Sumqayıt – 2:1 (0:0)
Qollar: Aleksandr Şoliç, 59-pen (1:0), Slavik Alxasov, 86 (1:1), Risto Ristoviç, 90+3 (2:1).
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
Mil-Muğan – Qəbələ – 1:2 (1:2)
Qollar: Elnur Məmmədov, 3 (1:0), Leonardo da Silva, 18 (1:1), Abdulvahid Afolabi, 20 (1:2).
Qırmızı vərəqə: Çərkəz Həsənov, 17 (Mil-Muğan).
Qəbələ. Şəhər stadionu.
 
Neftçi – Kəpəz – 1:0 (0:0)
Qol: Ernest Nfor, 57 (1:0).
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
 
Araz Naxçıvan – Simurq – 2:2 (penaltilərlə 4:2)
Qollar: Rəşad Eyyubov, 17-pen (0:1), David Janalidze, 45-pen (1:1), Rəşad Eyyubov, 80 (1:2), Bəxtiyar Soltanov, 88 (2:2).
Qırmızı vərəqə: Tural Axundov, 90 (Simurq).
Naxçıvan Muxtar Respublika stadionu.
 
Qarabağ – AZAL – 1:0 (0:0)
Qol: Reynaldo, 80 (1:0).
Qırmızı vərəqə: Aleksandr Şemonayev, 70 (AZAL).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
 
İnter – Şuşa – 7:0 (4:0)
Qollar: Aleksandr İaşvili, 27 (1:0), Aleksandr İaşvili, 32 (2:0), Ruslan Əmircanov, 37 (3:0), Asif Məmmədov, 44 (4:0), Asif Məmmədov, 56 (5:0), Aleksandr İaşvili, 62 (6:0), Abdulla Abatsiyev, 90+2 (7:0).
Qırmızı vərəqə: İsrafil Qafarov, 84 (Şuşa).
Bakı. “Şəfa” stadionu.
 
Xəzər Lənkəran – Neftçala – 4:0 (4:0)
Qollar: Sadio Tounkara, 8 (1:0), Etame Mbilla, 22 (2:0), Etame Mbilla, 43 (3:0), Sadio Tounkara, 45 (4:0).
Lənkəran. Mərkəzi stadion.
Shares: