Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, 8 qarşılaşmanın yekununda 1/4 finala vəsiqənin bütün sahibləri müəyyənləşib.
 
Artıq növbəti mərhələdə hansı klubların üz-üzə gələcəyi bəllidi. Çünki kubokun püşkü atılarkən bütün mərhələlərdə iştirakçıların potensial rəqibləri də müəyyənləşdirilmişdi. Beləliklə, kubokun 1/8 final mərhələsində qalib olan komandaların növbəti mərhələdəki rəqibləri aşağıdakı kimidi:
 
Azərbaycan Kuboku
1/4 final
 
İnter – Neftçi
Rəvan – Bakı
Qəbələ – Qarabağ
Araz Naxçıvan – Xəzər Lənkəran
 
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Həmin qarşılaşmalar 2014-cü ilin 12-13 və 19 mart tarixlərində baş tutacaq.
Shares: