Xəbər verdiyimiz kimi, “Bakutel 2013” sərgisində iştirak etmək üçün Bakcell şirkətinin xüsusi qonağı qismində Bakıya gələn "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu Endi “Bakcell Arena"da yeniyetmə futbolçularla görüşüb. Futbolinfo.az xəbər verir ki, "Bakcell" və AFFA-nın birgə həyata keçirdiyi "Futbol Bakcell ilə" layihəsinin iştirakçıları ilə görüşüb, ayrı-ayrı və qrup halında məşq edən uşaqlarla birgə futbol oynayıb.
 
Tədbirdən sonra Endi Koul adıçəkilən layihənin ən azyaşlı iştirakçıları – Nurlanə Quluzadə (8 yaş) və Miriskəndər Əhədovla (5 yaş) xatirə şəkli çəkdirib.
Shares: