FİFA DÇ-2014-ün püşkatmasında iştirakçıların bölündüyü səbətləri açıqlayıb. Daha öncə qurumun səbətləri kontinent amilinə nəzərən böləcəyi və beləcə coğrafi baxımdan bir-birinə yaxın ölkələrin eyni qrupa düşməyəcəyi fikri var idi. Futbolinfo.az xəbər verir ki, FİFA bu ideyanı ilk dəfə gerçəkləşdirib.
 
Təkcə birinci səbət ali futbol qurumunun reytinq cədvəlinə uyğun müəyyənləşdirilib. Digər səbətlərdə isə ölkələrin yerləşdiyi qitələr nəzərə alınıb. Bununla da eyni qitədən olan ölkələrin bir qrupa düşməyəcəyi dəqiqləşib. İstisna olaraq ən çox iki Avropa komandası qruplarda qarşılaşacaq.
 
Birinci səbət: Braziliya, Argentina, İspaniya, Almaniya, Kolumbiya, Belçika, Uruqvay, İsveçrə
 
İkinci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.
 
Üçüncü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ
 
Dördüncü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya
 
Qeyd edək ki, dünya çempionatının püşkü dekabrın 6-da Braziliyada atılacaq.
Shares: