Bu gün futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların 1/8 final mərhələsinin oyunları keçirilir. Futbolinfo.az xəbər verir ki, açılış matçında "Rəvan" "Qaradağ Lökbatan"la qarşılaşır.
 
Bu qarşılaşmanın ilk hissəsinin ortalarında kuryoz hadisə baş verib. Belə ki, "Qaradağ Lökbatan"ın müdafiəçisi Natiq Ələkbərovun idman ayaqqabısı cırıldığı üçün meydanı tərk etmək məcburiyyətində qalıb. Onun ehtiyat butsu gələnə qədər isə "Qaradağ Lökbatan" təxminən 4 dəqiqə azlıqda mübarizə aparmalı olub.
 
Maraq üçün qeyd edək ki, hələlik bu görüşdə "Rəvan" 2:1 hesabıyla öndədi.
Shares: