21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının qapıçısı Andrey Popoviç "Tavşanlı Linyitspor"un əvəzedici komandasında oyuna çıxıb. Futbolinfo.az xəbər verir ki, Popoviç "Əskişəhərspor"la qarşılaşmada komandasının qapısını qoruyub.
 
Millimizin 21 yaşlı əlcək sahibi 90 dəqiqə meydanda olub. Əsas yığmamızın üzvü Ufuk Budak isə “Əskişəhərspor”un əvəzedici komandasında “18-lik”də yer almayıb. Popoviçin komandası 90 dəqiqənin sonunda 1:2 hesabı ilə məğlub olub.
 
Qeyd edək ki, Popoviçin şərəfini qoruduğu klubun əsas komandasının baş məşqçisi Ümit Erol Tok istefaya göndərilib. Bu isə əslən ukraynalı olan qolkiperin yenidən əsas heyətə qayıdacağını deməyə əsas verir.
Shares: