Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın şərəfini qoruyan Ağabala Ramazanov qış transfer pəncərəsində "Qarabağ"a keçə bilər. Transfer xəbəri ilə bağlı Ağdam klubunun münasibətini öyrəndik.
Klubun mətbuat xidmətindən futblinfo.az saytına verilən açıqlamada bunun normal olduğu bildirilib: "Belə bir məsələ var. Ağabalanın klubu ilə müqaviləsi var. Onun adının "Qarabağ"la yanaşı çəkilməsi normaldı. Lakin bu haqda danışmaq tezdi. Bizim bu haqda nəsə açıqlama verməyimiz doğru deyil".
"Xəzər Lənkəran" tərəfi isə futbolçu ilə müqavilənin olduğunu söyləyir: "Ağabalanın klubla müqaviləsi var. Müqaviləyə əsasən 2014/15 mövsümündə də Ramazanov cənubluların şərəfini qorumalıdı. Ona görə də belə bir keçiddən danışmağa dəyməz".





