Azərbaycan kuboku 1/8 final mərhələsində “Mil-Muğan” “Qəbələ” klubu ilə qarşılaşdı. Futbolinfo.az xəbər verir ki, rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” növbəti mərhələyə vəsiqə qazandı.
Qarşılaşmadan sonra baş məşqçilər oyunla bağlı fikirlərini açıqlayıblar:
Mətləb Məmmədov, “Mil-Muğan”ın baş məşqçisi: “Bildiyiniz kimi Azərbaycanın səviyyəli komandasına qarşı oynadıq. Əzmlə, istəklə oynamaq bu günki hesabın böyük olmamağına gətirib çıxartdı. Qapıçımızın qırmızı vərəqə almağı da təsir elədi. Bəlkə də oyunçumuz qırmızı vərəqə almasaydı, oynamaq olardı. Amma mən yenə də öz komandama çox sağ ol deyirəm. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Yuri Syomin, “Qəbələ”nin baş məşqçisi: “Mən onu deyə bilərəm ki, oyun nəticəsi bizim xeyrimizə olsa da, mən oyunun gedişatından heç də razı qalmadım. Heyətimizdə gənc oyunçular çox idi. Lorenzo Ebesilio dəyişdikdən sonra elə bil ki, hər şey məhv oldu, sanki oyun onun üzərində qurulmuşdu. Rəqib komandanı da çempionat oyunlarında analiz etməmişdik”.





