Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində keçirilən "Xəzər Lənkəran" – "Neftçala" oyununa biletlərin baha olması yerli fanatların narazılığına səbəb olub. Futbolinfo.az xəbər verir ki, bu oyuna biletlərin qiymətinin yuxarı olması əksər fanatların oyunu tribunadan izləməsinə problem yaradıb.
Belə ki, lənkəranlılar stadionun giriş qapısında olsalar da, biletlərin qiymətinin 2 manata olması səbəbindən stadiona daxil olmaq istəmirlər.





