AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət millinin sabiq baş məşqçisi Arif Əsədovla bağlı fikir bildirib. Futbolinfo.az xəbər verir ki, AFFA rəsmisi Əsədovun təkliflərdən imtina etdiyini söyləyib: "Əsədov bizim təkliflərdən imtina etdi. Bunun səbəbini də açıqlamadı. Ola bilər ki, klublardan təklif alacağını gözləyir".
 
Baş katibin açıqlamasından sonra qarşı tərəfin də fikirlərini öyrəndik. Əsədov açıqlamasında bunları dilə gətirdi: "Elxan Məmmədovla görüşümüz oldu. Görüşdə mənə 17 və 19 yaşlardan ibarət milli komandada işləmək təklif olundu. Hələ ki, bu məsələ öz həllini tapmayıb. Çünki Məmmədovla yenidən görüş olacaq. Mən onunla 17 və 19 yaşlı millidən danışmaq istəyirəm. Bu yaş qruplarındakı yığmada qalmaq istəmirəm. 17 yaş geri addım olar, 19 yaşlarda isə komandanı yenidən yaratmaq üçün vaxt lazımdı. Onu deyə bilərəm ki, mənim millidə qalıb-qalmamağım yalnız həmin görüşdən sonra bilinəcək".
 
Arif bəy dilə gətirməsə də, bildiyimiz kimi, o, yeni yaradılacaq U-20 yığmasının ilk baş məşqçisi olmaq istəyir. Eyni zamanda Əsədovun AZAL-a getmək imkanı da var. “Təyyarəçilər” növbəti turda “Rəvan”ı yenib qələbəsiz oyunlar seriyasına son qoymasa, yəqin ki, Vaqif Sadıqob istefaya göndəriləcək. Belədə isə Bakı klubunda çaş məşqçi postunda onun yerinə əsas namizəd kimi məhz Arif bəyin adı çəkilir.
Shares: