UEFA 2012/2013 mövsümünün ən yaxşı rəmzi komandası üçün namizəd olan futbolçuların adlarını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, UEFA-nın rəsmi saytı namizədlər arasında ən çox "Bavariya"nın (9) futbolçularını qeyd edib.
 
Qeyd edək ki, mövsümün rəmzi komandası azarkeşlər arasında keçirilən rəy sorğusu əsasında müəyyənləşəcək. Futbolsevərlər yanvarın 9-a qədər qurumun rəsmi saytına daxil olmaqla səs verə bilərlər.
 
Siyahıya daxil olan namizəd oyunçular bunlardır:
 
Qapıçılar: Peter Çex (Çelsi), Tibo Kurtua (“Atletiko" Madrid), David de Xea (Mançester Yunayted), Manuel Noyer (Bavariya)
 
Müdafiəçilər: David Alaba, Dante, Filipp Lam (hər ikisi "Bavariya"), Corco Kyellini, Ştefan Lixtştayner (hər ikisi Yuventus), Mats Hummels ("Borussiya", Dormund), Branislav İvanoviç (Çelsi), Filipe Luis (Atletiko), Vensan Kompani (Mançester Siti), Xerard Pike (Barselona), Serxio Ramos (Real), Tiaqo Silva (PSJ)
 
Yarımmüdafiəçilər: Qaret Beyl, İsko (hər ikisi "Real"), İlkay Gündoğan, Marko Roys (hər ikisi Borussiya), Məsut Özil (Arsenal), Pol Poqba (Yuventus), Nemanya Matiç (Benfika), Blazye Matyudi (PSJ), Frank Riberi, Aryen Robben, Bastian Şvaynştayqer (hamısı "Bavariya"), Yaya Ture (Mançester Siti)
 
Hücumçular: Serxio Aquero (Mançester Siti), Edinson Kavani, Zlatan İbrahimoviç (hər ikisi PSJ), Dieqo Kosta (Atletiko), Radamel Falkao (Monako), Robert Levandovski (Borussiya), Mario Mandzukiç, Tomas Müller (Bavariya), Cekson Martines (Porto), Robin Van Persi (Mançester Yunayted), Lionel Messi (Barselona), Kriştianu Ronaldo (Real)
Shares: