"Qalatasaray"ın sabiq prezidenti Adnan Polat Türkiyə mətbuatına müsahibə verib. Futbolinfo.az xəbər verir ki, komandanın vəziyyətini dəyərləndirən sabiq prezident hazırki rəhbər Ünal Aysalın klubu fəlakətə apardığını bildirib:
"Ünal Aysal "Qalatasaray"ı fəlakətə aparır. Klubun 600 milyon dollar borcu var. "Qalatasaray"ın son illik gəlirləri azaldılıb. Klub ildə ən çox 100 milyon lirə gəlir əldə edir, amma xərclər 200 milyon lirəyə çatır. Teleyayım haqqlarından və mənim dönəmimdə imzalanan sponsorluq müqavitlələrindən başqa klubun gəliri yoxdu. "Qalatasaray" maliyyə böhranındadı. Vəziyyət rəhmətlik Özhan Canaydının vaxtından da pisdi. Konqress üzvləri görəsən bu vəziyyəti görürmü? Üzülərək deyirəm ki, yaxınlarda klubda idman böhranı da başlayacaq. İndiki durumda Rivanı belə satsalar "Qalatasaray"ı qurtara bilməzlər".





