Peşəkar Futbolçuların Beynəlxalq Federasiyası (FİFPro) və FİFA ilin ən yaxşı 11 oyunçusundan ibarət rəmzi yığmaya namizəd müdafiəçilərin siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, planetin ən yaxşı 4 arxa xətt oyunçusu adını qazanmağa 20 namizəd var.
 
Siyahıda “Real” və “Bavariya”dan hərəyə 4 müdafiəçi yer alıb. “Çelsi” və “Barselona” isə “20-lik”də hərəyə 3 futbolçu ilə təmsil olunub.
 
Siyahını təqdim edirik: David Alaba (Avstriya/“Bavariya”), Xordi Alba (İspaniya/“Barselona”), Daniel Alveş (Braziliya/“Barselona”), Leyton Baynes (İngiltərə/“Everton”), Jerom Boatenq (Almaniya/“Bavariya”), Eşli Koul (İngiltərə/“Çelsi”), Dante (Braziliya/“Bavariya”), Mats Hummels (Almaniya/“Borussiya” D), Branislav İvanoviç (Serbiya/“Çelsi”), Filipp Lam (Almaniya/“Bavariya”), David Luis (Braziliya/“Çelsi”), Vinsent Kompani (Belçika/“Mançester Siti”), Marselo (Braziliya/“Real”), Pepe (Portuqaliya/“Real”), Xerard Pike (İspaniya/“Barselona”), Serxio Ramos (İspaniya/“Real”); Tyaqo Silva (Braziliya/PSJ); Rafael Varan (Fransa/“Real”), Nemanya Vidiç (Serbiya/“Mançester Yunayted”), Pablo Zabaleta (Argentina/“Mançester Siti”).
Shares: