"Xəzər Lənkəran"ın Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Neftçala" ilə oyunu Türkiyə mətbuatının diqqətindən yayınmayıb. Futbolinfo.az xəbər verir ki, "Milliyət" qəzetinin internet saytı Mustafa Dənizlinin debüt matçı ilə bağl geniş xəbər hazırlayıb.
 
Xəbərdə oyunun gedişatı, vurulan qollar, maraqlı məqamlar haqda məlumat verilib. Bundan başqa Dənizlinin oyundan sonra səsləndirdiyi fikirlərə də yer ayrılıb. Türkiyəli həmkarlarımız hər qoldan sonra azarkeşlərin Dənizlinin adını qışqırdığını da xüsusi qeyd edib.
 
Qeyd edək ki, "Xəzər Lənkəran" bu qarşılaşmadan 4:0 hesablı qələbə ilə ayrılıb və 1/4 finala adlayıb.
Shares: