Ölkəmizdə qadın futbolunun inkişafı, qızlar arasında bu idman növünün təbliğatının gücləndirilməsi və kütləviliyin artırılması məqsədilə AFFA UNICEF Azerbaijan-la birgə yeni layihəyə start verir. Futbolinfo.az xəbər verir ki, dekabrın 21-də, saat 9:30-da, "Bayıl Arena"da qızlar arasında 3 yaş qrupu üzrə "3×3 Qızlar turniri" keçiriləcək.
Turnirin qaydalarına görə, hər komandanın iştirak ərizəsində 5 nəfərin adı qeyd olunmalıdı. Oyun zamanı hər komandanın heyətində meydana 3 nəfər çıxır. Onlardan biri indiyədək hər hansı komandanın heyətində çıxış etməyən, adı AFFA-nın Qeydiyyat bazasında olmayan oyunçu olmalıdı.
Turnirdə iştirak etmək istəyənlər QEYDİYYAT BLANKINI doldurub dekabrın 16-dək 3×3@affa.az elektron ünvanına göndərməlidilər.





