"Xəzər Lənkəran" bu gün yeni baş məşqçisi Mustafa Dənizlini futbol ictimaiyyətinə rəsmən təqdim edib. Futbolinfo.az xəbər verir ki, türkiyəli mütəxəssis təqdimat mərasimindəki çıxışında bunları söyləyib:
"Mənim üçün yeni bir iş yeridi. Azərbaycanalılarla işləmək yeni bir həyacandı. Buraya öz ölkəm kimi baxıram və adaptasiya olmaqda heç bir problem yaşamayacam. Bura gəlməyimin ən vacib səbəbi klub prezidentini tanımağımdı. Mən burada təkcə "Xəzər Lənkəran"la yox, təcrübəlirimi digərləri ilə də bölüşməyə gəlmişəm. Gələcəkdə Lənkəran klubunun uşaq futbolunu da inkişaf etdirmək lazımdı. Mübariz Mənsimov mənim İstanbuldan tanıdığım bir şəxsdi. 3 il əvvəl "Beşiktaş"da işləyərkən Mənsimovun köməkçisi mənimlə birgə işləyirdi. Burada da Mais Mənsimovla birgə işləyəcəyik. 1 il yarım qısa müddətdi. Bu qısa vaxtda nə iş görəcəyimizə baxmalıyıq. Ən əsası uşaq futboludu. Bunun üçün 2 həftə sonra fəaliyyətə başlayacağıq. Təbii ki, daha vacibi əsas komandanı irəli aparmaqdı. Azərbaycan xalqının izləyərkən zövq alacağı bir komanda yaradacağıq. Ümid edirəm ki, bu iş həm mənə, həm "Xəzər Lənkəran"a, həm də Azərbaycan futboluna müsbət təsir edər".





