Futbol üzrə Azərbaycan yığması 2014-cü ildə ilk oyununu Polşa yığmasına qarşı keçirəcək. Futbolinfo.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, görüş yanvarın 20-də Dubay və ya Əbu-Dabidə keçiriləcək.
Azərbaycan yığmasına bu oyunda kimin rəhbərlik edəcəyi isə, hələlik sual olaraq qalır. Çünki Berti Foqtsun AFFA ilə müqaviləsinin müddəti başa çatıb və böyük ehtimalla onu başqası əvəzləyəcək.





