İsveç millisinin sabiq hücumçusu Henrik Larsson özünə yeni iş yeri tapıb. Futbolinfo.az xəbər verir ki, karyerasını məşqçi kimi davam etdirən əfsanəvi futbolçu ölkəsində ötən mövsümün yekunlarına əsasən 1-ci diviziona düşən “Falkenberq”i çalışdıracaq.
 
Larssonun son iş yeri 16 yaşlı oğlunun da formasını geyindiyi “Höqeborqs” klubu olub. O, 4-cü divizionda çıxış edən komandada oynayan məşqçi funksiyasını yerinə yetirib. Bunadək isə 2009-2013-cü illərdə I divizionda mübarizə aparan “Landskrona”nı çalışdıran Larsson bu klubu elitaya çıxara bilməyib.
 
Qeyd edək ki, Larsson vaxtilə “Seltik”, “Barselona” və “Mançester Yunayted” kimi klubların şərəfini qoruyub.
Shares: