Yayda "Real” (Madrid) ilə "Liverpul" arasında Luis Suaresin transferi ilə bağlı xeyli danışıqlar olmuşdu. Lakin "Kral Klubu" sonda uruqvaylını “Enfild”dən qopara bilməmişdi.
Futbolinfo.az xəbər verir ki, "Liverpul"u bu keçidə görə heç cürə razı sala bilməyən “los qalaktikos” yanvarda yenidən bu məsələyə qayıtmaq niyyətindədi. İspaniya mətbuatı iddia edir ki, indi "Real" nəinki Suaresi, həm də Felipe Koutinyonu almaq istəyir. İki futbolçu üçün ispanların 65 milyon avro təklif edəcəyi gözlənilir.





