Futbol üzrə İtaliya Kubokunda 1/8 final mərhələsinin bütün iştirakçıları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ötən gecə 4-cü təsnifat mərhələsinin son oyunu keçirildi.
 
Nəticədə, "Sampdoriya" da pley-offa vəsiqə qazandı. Bu komandadan öncə "Syena", "Spetsiya", "Avellino", "Parma", "Kyevo", "Atalanta" və "İnter" də 1/8 finala vəsiqə qazanmışdı.
 
Adları çəkilən komandaları 1/8 finalda mübarizəyə məhz bu mərhələdən start verən 8 klub gözləyir. Artıq 1/8 finalda hansı cütlüklərin qarşılaşacağı da dəqiqləşib. Həmin cütlükləri təqdim edirik:
 
Milan – Spetsiya
Udineze – İnter
Fiorentina – Kyevo
Kataniya – Syena
Roma – Sampdoriya
Yuventus – Avellino
Latsio – Parma
Napoli – Atalanta
Shares: