"Barselona"nın zədəli futbolçusu Lionel Messinin yaşıl meydanlara qayıtması bir qədər ləngiyə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun baş məşqçisi Xerardo Martina açıqlama verib.
Mütəxəssis bildirib ki, argentinalı hücumçu yanvarın 11-də La Liqada "Atletiko" (Madrid) ilə matçda forma geyə bilməyəcək.
Onun sözlərinə görə, Messi tam sağalmadan yaşıl meydanlara qayıtmayacaq: "Hazırda o, hazırlıqlarını və müalicəsini davam etdirir. Düzdü, böyük ehtimalla yanvarın əvvəlinə qədər sağalacaq. Amma dəqiq nə zaman oyunlarda iştirak edəcəyi ilə bağlı məlumat verə bilmərəm. Bizi əsas maraqlandıran onun tamamilə sağalması və hazır olmasıdı".
Qeyd edək ki, Messi noyabrın 10-u "Betis"lə matçda zədələnmişdi.





