FİFA-nın baş katibi Jer Valk 2014-cü ildə futbol üzrə Braziliyada keçiriləcək dünya çempionatının pul mükafatını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, dünya çempionu 35, finalçı 25, bürünc mükafat alan milli komandaya isə 22 milyon dollar veriləcək.
4-cü yeri tutan komanda 20 milyon dollar alacaq. 1/4 finalçılar 14 milyon, 1/8 finalçılar 9 milyon, mundialı qrup mərhələsində tərk edənlər isə 8 milyon dollar əldə edəcək.





