Bu gün 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, 4 ildən bir təşkil olunan böyük futbol bayramının püşkü Bakı vaxtı ilə saat 20:00-da start götürüb.
Reqlamentə əsasən, mundialın 32 iştirakçısı hərəsində 4 komanda olmaqla 8 qrupa bölünüb. Püşkatma öncəsi 1-ci səbətdə ən güclülər yer almışdıısa, digərləri konfederasiyalar prinsipinə görə qurulmuşdu.
Qeyd edək ki, DÇ-2014-ün açılış oyunu iyunun 12-də keçiriləcək. Final matçı isə iyulun 13-də, Rio de Janeyronun məşhur "Marakana" stadionunda keçiriləcək.
1-ci səbət: Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Belçika, Almaniya, İspaniya, İsveçrə.
2-ci səbət: Əlcəzair, Kamerun, Fil Dişi Sahili, Qana, Nigeriya, Çili, Ekvador.
3-cü səbət: Avstraliya, İran, Yaponiya, Cənubi Koreya, Kosta-Rika, Honduras, Meksika, ABŞ.
4-cü səbət: Bosniya və Herseqovina, Xorvatiya, İngiltərə, Fransa, Yunanıstan, İtaliya, Hollandiya, Portuqaliya, Rusiya.
Püşkatma nəticəsində komandalar aşağıdakı şəkildə qruplara bölünüblər:
A qrupu
Braziliya
Xorvatiya
Meksika
Kamerun
B qrupu
İspaniya
Hollandiya
Çili
Avstraliya
C qrupu
Kolumbiya
Yunanıstan
Fil Dişi Sahili
Yaponiya
D qrupu
Uruqvay
Kosta Rika
İngiltərə
İtaliya
E qrupu
İsveçrə
Ekvador
Fransa
Honduras
F qrupu
Argentina
Bosniya və Herseqovina
İran
Nigeriya
G qrupu
Almaniya
Portuqaliya
Qana
ABŞ
H qrupu
Belçika
Əlcəzair
Rusiya
Koreya





