Topaz Premyer Liqasının 16-cı turunda "Rəvan" səfərdə AZAL-la qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Bayıl təmsilçisi Şüvəlanda keçiriləcək oyunun hazırlıqlarını davam etdirir.
 
Bu barədə saytımıza açıqlamasında komandanın baş məşqçisi Şahin Diniyev məlumat verib: "AZAL yaxşı heyətə malik bir komandadı. Komandada məşqçi işi görünür. Buna görə bizi çətin oyun gözləyir. AZAL-ın yaxşı futbolçuları var. Mən "Qarabağ" – AZAL oyununu izlədim. Hər iki komandada itkilər var. Bizdə Rəşad Abdullayevin qırmızı vərəqəsi və İvan Pexa sarı vərəqə cəzalısıdı. Elvin Həsənəliyev komanda ilə birgə məşqlərə qoşulub. Mənə elə gəlir ki, çətin oyun olacaq".
Shares: