İspaniya La Liqasının köklü klublarında olan "Sevilya"nın prezidenti Joze Mariya del Nido həbs olunub. Futbolinfo.az xəbər verir ki, o, 1999-2003-cü illərdə Marbella bələdiyyəsində çalışdığı dönəmdə rüşvət aldığı və insanları aldatdığı, o cümlədən yalandan məhkəmədə ifadə verdiyi üçün 7 illik azadlıqdan məhrum edilib.
Bu qərarla da o, "Sevilya" prezidenti vəzifəsindən gedib. İndi komandada yeni prezident seçkiləri keçiriləcək.





