Fransa millisinin sabiq üzvü Zinəddin Zidan bu gün atılacaq DÇ-2014-ün püşkü öncəsi maraqlı fikirlər səsləndirib. Futbolinfo.az xəbər verir ki, o, Fransa yığmasının mundialda güclü rəqiblərlə qarşılaşmasını istədiyini bildirib:
"Püşkün bizə güclü rəqiblər çıxaracağından qorxmuram. Əksinə mən Fransa yığmasının daha güclü rəqiblərlə qarşılaşmasını istəyirəm. Çünki zəif rəqiblərə qarşı oynayarkən komandanın üzərində böyük təzyiq olur".
Qeyd edək ki, Braziliyada keçiriləcək dünya çempionatının püşkatma mərasimi bu axşam 20:00-da başlayacaq.





