"İnter" qış təlim-məşq toplanışını Türkiyədə keçirəcək. Futbolinfo.az xəbər verir ki, "bankirlər" Bələkdə yerləşən "Stanik" otelində məskunlaşacaq.
 
Kaxaber Sxadadzenin komandası toplanış çərçivəsində 5 yoldaşlıq matçı keçirəcək. Rəqib komandaların adları və oyunların təqvimi yaxın günlərdə bilinəcək.
 
Bakı klubu vətənə yanvarın 25-də qayıdacaq.
Shares: