Türkiyənin PTT 1-ci Liqasında mübarizə aparan “Şanlıurfaspor” klubunun meneceri Bakıya gəlib. Futbolinfo.az xəbər verir ki, Murat Daldık azərbaycanlı futbolçuların oyununu izləmək üçün ölkəmizə təşrif buyurub.
Azərbaycanla yanaşı bir çox ölkələrə də futbolçu seçimi ilə bağlı səfər edən Daldık bu gün Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində baş tutacaq “Sumqayıt” – “Bakı” və “Qarabağ” – “Neftçi” oyununu izləyəcək.
Qeyd edək ki, türkiyəli menecer sabah Türkiyəyə qayıdacaq.





