"Rəvan"ın baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları AZAL-la oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "aslanlar"ın çalışdırıcısı 1:2 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“AZAL klubunu əzmkar qələbə münasibətilə təbrik edirəm. Öz komandam haqqında heç nə demək istəmirəm. Qələbə istəyi AZAL-da daha çox idi. Qapımıza vurulan birinci qoldan sonra texniki zonanı tərk etmək istəyirdim. Komandanın heyətində oyunun gedişini dəyişəcək lider futbolçu yoxdu”.
 
Shares: