Futbol üzrə İspaniya Kubokunda 1/16 final mərhələsinə yekun vurulub. Futbolinfo.az xəbər verir ki, son oyun günündə 5 qarşılaşma baş tutub.
 
"Ximnastik" – "Valensiya", "Malaqa" – "Osasuna" və "Real Xaen" – "Espanyol" görüşlərində qalib müəyyənləşməyib. "Las Palmas"ın qonağı olan "Almeriya" və "Alkorkon"la qarşılaşan "Qranada" isə oyunlarını qələbə ilə başa vurmağı bacarıb.
 
Bu mərhələnin digər oyunlar əvvəlki günlərdə keçirilmişdi.
 
İspaniya Kuboku
1/16 final (ilk oyunlar)
6 dekabr
 
Lyeyda – Betis – 1:2
Vilyarreal – Elçe – 2:2
Algekiras – Real Sosyedad – 1:1
Santander – Sevilya – 0:1
Kartagena – Barselona – 1:4
Valyadolid – Rayo Valekano – 0:0
 
7 dekabr
 
Sant Andreu – Atletiko – 0:4
Qirona – Xetafe – 1:1
Selta – Atletik – 1:0
Olimpik Xativa – Real – 0:0
Rekreativo – Levante – 1:0
 
8 dekabr
 
Alkorkon – Qranada – 0:2
Ximnastik – Valensiya – 0:0
Las Palmas – Almeriya – 1:3
Real Xaen – Espanyol – 2:2
Malaqa – Osasuna – 3:3
Shares: