Topaz Premyer Liqasının 16-cı turunda baş tutan "İnter" – "Xəzər Lənkəran" (0:0) oyununda azarkeşlər Baçana Sxadadzeyə dəstək verib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in azarkeşləri zədəli olan Baçananın fotosu yerləşdirilən pankart açıb.
 
Qeyd edək ki, kiçik Sxadadze ötən tur "Bakı" ilə qarşılaşmada Ettonun zərbəsi nəticəsində alt çənəsini sındırmış və beyin silkələnməsinə məruz qalmışdı.
Shares: