Almaniyanın "Bavariya" klubunun baş məşqçisi Xosep Qvardiola gələn ay FIFA tərəfindən təqdim olunacaq “Qızı Top” mükafatı üçün namizədinin adını açıqlayıb. Futbolinfo.az xəbər verir ki,  gənc mütəxəssis gözlənildiyi kimi öz yetirməsini mükafata layiq bilib:
 
“Riberi bu il əla oyun nümayiş etdirib. Hazırda karyerasının ən üst səviyyəsində hesab oluna bilər. Riberi “Bavariya”nın indiki vəziyyətə gəlməsinin əsas səbəbkarlarındadı. “Qızıl top” mükafatı birmənalı olaraq Riberinin haqqıdı. O, ötən mövsüm Haynkesin dönəmində üç çempionluq qazanıb. Əlbəttə, Messi və Ronaldo da uğurlu bir il keçirdi. Amma ötən mövsüm Riberi inanılmaz oyun sərgilədi”.
Shares: