Bir müddətdir ki, zədə səbəbindən forma geyinə bilməyən "Qalatasaray"ın futbolçusu Uesli Sneyder artıq sağalıb. Futbolinfo.az xəbər verir ki, hollandiyalı yarımmüdafiəçi komandanın son məşqində də iştirak edib.
 
Klubdan verilən son açıqlama isə azarkeşləri xeyli sevindirib. Onun Çempionlar Liqasının qrup mərhələsində "Yuventus"la matçda forma geyəcəyi bildirilir.
 
Qeyd edək ki, "Qalatasaray" – "Yuventus" matçı sabah, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Shares: