FİFA 2013-cü ilin ən yaxşı baş məşqçisi adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb. Futbolinfo.az xəbər verir ki, mükafat uğrunda 3 mütəxəssis mübarizə aparacaq.
Sözügedən üç namizəd sırasına “Çelsi”nin çalışdırıcısı Joze Mourinyo və ötən il dünyanın ən yaxşı baş məşqçisi olan Visente del Boske düşə bilməyib.
İlin məşqçisi adına üç namizəd ötən mövsüm Çempionlar Liqasının finalına vəsiqə əldə etmiş “Borussiya”nın (Dortmund) baş məşqçisi Yürgen Klopp, “Bavariya” ilə ötən mövsüm üç kubok qazanmış Yupp Haynkes və məşqçilik karyerasını bu ilin yayında başa vuran, 2012/13 mövsümündə “Mançester Yunayted”ə İngiltərə çempionluğu adını qazandıran Aleks Ferqyusson olub.
Qeyd edək ki, indiyədək bu 3 namizəddən heç biri ilin məşqçisi adını qazanmayıb.





