Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu İlkay Günoğana təkliflər gəlməkdə davam edir. Futbolinfo.az xəbər verir ki, Madrid "Real"ının ardından "Arsenal" və "Mançester Yunayted" klubları da Gündoğanla yaxından maraqlanmağa başlayıb.
 
Hər iki komanda türk əsilli futbolçunun transferinə 30 milyon avro xərcləməyə hazırdı. Lakin "Borussiya" hələlik gələn təkliflərə münasibət bildirməkdə tələsmir. Çünki Dortmund təmsilçisi Gündoğanı daha yüksək məbləğə satmağı niyyətindədi.
 
Qeyd edək ki, 23 yaşlı futbolçu 2011-ci ildən "Borussiya"nın şərəfini qoruyur.
Shares: