2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinin püşkatma mərasimində saxtakarlığa yol verilib. Futbolinfo.az xəbər verir ki, bu iddia ilə İspaniyanın “El Mundo Deportivo” nəşri çıxış edib. Həmkarlarımızın fikrincə, püşk əvvəlcədən tərtib edilən ssenari əsasında həyata keçirilib.
Belə ki, FİFA-nın baş katibi Jerom Valke şarları açarkən, həmin anı kameraların obyektivindən gizləyib. Üstəlik, onun komandaların adları yazılan kağızları çıxaran zaman fasilə verdiyi, şardan çıxanı deyil, öncədən masanın üzərinə qoyulan kağızları ictimaiyyətə nümayiş etdirdiyi qeyd edilir.





