Argentina futbolunun canlı əfsanəsi Dieqo Maradona İrana səfər edəcək. Futbolinfo.az xəbər verir ki, bunu İran Futbol Federasiyasının sədri Əli Kəffaşian jurnalistlərə açıqlamasında deyib.
 
O bildirib ki, Maradona 2014-cü il Dünya çempionatında iştirak edəcək İran millisinin formasının təqdimat mərasimində iştirak edəcək. Tədbirin yanvarın əvvəllərində Tehranda keçiriləcəyi gözlənilir.
 
İran 2014-cü ildə Braziliyada keçiriləcək Dünya çempionatında Argentina, Nigeriya və Bosniya və Herseqovina ilə bir qrupdadı.
Shares: