Məlum olduğu kimi, Topaz Premyer Liqasının 16-cı turuun “Sumqayıt” – “Bakı” oyununda qonaq komandanın ilk qolunun müəllifi kimi Mario Alvares göstərilmişdi. Lakin futbolinfo.az xəbər verir ki, sonradan qolun Mindauqas Kalonas tərəfindən vurulduğu müəyyən olunub.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, bununla əlaqədar olaraq, müvafiq dəyişikliklər aparılıb. Belə ki, 6 qola malik olan Kalonas daha bir qol sayəsində "Qarabağ"ın forvardı Reynaldo ilə bərabər bombardirlər yarışında ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, 16 turdan sonra Mindauqas Kalonasın aktivində 7 qol var.





