Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
 
“İnter” – “Şuşa” matçının 84-cü dəqiqəsində “Şuşa”nın futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Araz Naxçıvan” – “Simurq” matçında “Araz Naxçıvan”ın 4  futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un futbolçusu Tural Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Qarabağ” – AZAL matçının 64-cü dəqiqəsində AZAL-ın futbolçusu Aleksandr Şemonayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
 
“Qaradağ Lökbatan” – “Rəvan” matçının 36-cı dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Elçin Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
 
“Mil-Muğan” – “Qəbələ” matçının 11-ci dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Çərkəz Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı zaman hakimləri təhqir etdiyinə görə 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
Shares: