Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov sabah DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiya ilə oyun öncəsi fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Biz bu oyuna yaxşı hazırlaşırıq. Sabah qələbə qazanmaq istəyirik. Rusiya yığmasının futbolçularının güclü və zəif cəhətləri meydanda görünür. Ona görə də diqqətli olmalısan”.
Süleymanov bildirib ki, futbolçularımız Rusiya Premyer Liqasaında oynaya bilərlər: “Bizim oyunçular Rusiyada oynaya bilər. Sadəcə, istək olmalıdı. Qol vurmaq üçün zərbə, zərbə vurmaq üçün isə istək olmalıdı. Rusiyada futbolçuların sürəti artıb. Biz oynadığımız dövrlə müqayisədə maliyyə baxımından da yüksəliş var”.