İngiltərə Premyer Liqasında çempionluq mübarizəsi aparan "Liverpul" klubu ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, "Vest Hem"lə matçda zədələnən kapitan Stiven Cerrard 6 həftəlik sıradan çıxıb.
Müayinədən sonra gələn bu xəbər baş məşqçi Brendan Rocersin əhvalını korlayıb.
Bununla da Cerrardın “Mançester Siti", "Çelsi", "Tottenhem" kimi klublarla matçda oynamayacağı dəqiqləşib.





