Topaz Premyer Liqasının 16-cı turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlıqlarına start verən “Xəzər Lənkəran” bu gün Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Futbolinfo.az xəbər verir ki, məşqdə diqqət çəkən məqamlardan biri məşqçilər və texniki heyətin qapıları meydana gətirib-aparması olub.
Əksər klublarda bu işi futbolçular görsə də, Lənkəran klubunda Mustafa Dənizlinin gəlişindən sonra bu adət dəyişib. Bir çox yenilikləri ilə gündəmə gələn türkiyəli təcrübəli mütəxəssis bu qərarı ilə növbəti dəfə diqqət mərkəzinə düşüb.






